Monday, December 24, 2012


Photo: Güneydə gənclərimizin 99 faizi Bozqurdcu istiqlalçıdı.
-  Hər hansı bir təşkilat və ya qrup desə ki, Güney Azərbaycan Milli Hərəkatını mən yaratmışam çox böyük səhv etmiş olar. Çünki, Güney Azərbaycan Milli hərəkatı biz anadan olmamışdan əvvəldə var idi və bu gün də davam edir. Bu hərəkat Xiyabanilərdən, şəhid Pişəvərilərdən, Şəriətmədarilərdən axıb gələn  və nəhayət  bugünkü çağdaş formasına yetişən bir hərəkatdı.  Əlbəttə burada müxtəlif təşkilatların,  şəxsiyyətlərin, yazarların və ən önəmlisi Azərbaycanın Quzeyinin bağımsızlığıdı.  Quzey Azərbaycanın müstəqilliyi Güney Milli hərəkatına çox böyük bir dayaqdı. Hətta bizlər bugün Quzey Azərbaycana viza alıb gəlsək də və bizə viza verməsələrdə, vətənimizin Quzey bölmünün müstəqil  dövlət olması Güney Milli hərəkatının taleyində böyük rol oynayır. 
GAİP (Güney Azərbaycan İstiqlal Partiyası) Güney Azərbaycan milli hərəkatının gedişindən doğan bir təşkilatdı. Bizim Güneydə mücadiləmiz 1990-cı illərdən başlayıb, yəni Quzey Azərbaycan dövlətinin müstəqil qazanandan, amma , GAİP 2004-cü ildə yarandı. Nədən quruldu GAİP? Zərurətdən yarandı. Biz konkret, aydın  bir yol qoymalıyıq ortalığa . Bəziləri deyirlər millət nə istəsə o olar, əlbəttə ki. Gərək ki, millətin nə istədiyini bilməsi mexanizmi yaransın, ondan sonra millətin istədiyi də olacaqdı. Amma indi o mexanizim yoxdu, biz gərək əvvəl belə bir mesanizm yaradaq ki, millət gəlib orada öz fikrini deyə bilsin, təsirini qoya bilsin, öz rolunu orada ifa edə bilsin.  Elə bu nədənlərin ucbatından gördük ki, Azərbaycanda bir çox təşkilatlar var, bu təşkilatlar bəlirsiz danışırlar, açıq-aşkar bir xətt qoya bilmirlər, belə təşkilatlar hərəkatımızı geri aparır.Konkret bir fikir qoymaq lazımdı. O zaman biz başladıq istiqlalçı təfəkkürü ortaya toplamağa, və bunlarla müzakirələr aparmağa. Biz istiqlalçılar öz aramızda bölüşdük ki, kim nə iş görsün. Mən və bir neçə silahdaşım məsul olduq ki, irançılıq ideyasının puç olduğunu millətimizə isbat eləyək, millətimizi analdaq ki, İran təkcə farslardan ibarət deyil. İki il bu üzrə işlədik. Bundan sonra bir çox Azərbaycan Türkləri hansı ki, özlərini irançı, adlandırırdılar, iranın bütövlüyünü qorumağa çalışırdılar, bizə pantürkist deyirdilər, onlar artıq anlamağa başladılar ki, həqiqətəndə iran fars deyil, iranda Türk var, bəluc var, ərəb var. Biz həmin bu millətləri də köməyə aldıq,  iki il paltalk seminarları keçirdik və İran adlanan ölkənin ən sanballı siyasi şəxsiyyətlərini gətirib, millətlər mövzusunda danışmağa vadar elədik.  
Bilirsiz ki, Güney Azərbaycan 200 ildir ki, fars şovinistlərinin təsiri altında türklüyə qarşıydı. Antitürklüyü bizim hər birimizin beyninə yeritmişdilər. Məsələn deyəndə ki, biz Türkük insanlar həssarlıqla deyərdilər ki, nə Türk biz azəriyik, pəhləvi irqindənik.  Amma biz bunları yavaş-yavaş sındıra bildik. Biz Güneydə insanlarımızı fars təşkilatlarından ayırıb, Azərbaycan təşkilatlarına gətirə bildik. Yəni biz soydaşlarımızı farsmərkəzli düşüncə sistemində ayırıb, Türkmərkəzli düşüncə sisteminə gətirə bildik.   Sonra biz tam istiqlalçı düşüncəsi daşıyan insanlarla bərabər GAİP-i ( Güney Azərbaycan İstiqlal Partiyasını) yaratdıq. Bugün 7 yaşında olan partiyamızın Güneydə , özəlliklə gənclərə partiyamızın çox böyük təsiri vardı. Milli hərəkatda şüarların təyinləşməsində, taktikanın müəyyən edilməsində, GAİP-in rolu böyükdü.  Güneyin bir çox şəhərlərində gizli şəkildə  bizim müxtəlif özəlkərimiz qurulub fəaliyyət göstərirlər. Ümumən götürsək Güney Azərbaycan Milli Hərəkatında gənclərimizin hamısı GAİP-çi olmasalarda, amma 99 faizi istiqlalçıdı və bizimlə eyni düşüncədədi. Güney Azərbaycanda gənclərimizin böyük əksəriyyəti İstiqlalçı, Bozqurdçu, Bütövçüdü. Bunuda deyim ki,  bugün Güney Azərbaycanda Bozqurdun belə geniş şəkildə dərk edilməsində GAİP-in rolu danılmazdı..SALEH İLDİRİM.Turkistan qazetilə reportajin bir parçasi ...
Bu nedir?
Bu, Güney Azerbaycan'ın Saleh Ildırım'la şahlanan bağımsızlıq yolunda, qurtarıcı Bozqurdların ulaşmasıdır. 
Bu, Güney Azerbaycan'ın esirler boyu gözlediği ulayış sesidir. 
Bu, işqaldan qurtuluş sesidir. 
Bozqurd sesidir. 
Satqınların satqın üreklerine titreyiş ve qorxu salan Güney Azerbaycan İstiqlal ulayışıdır.
Bu nedir?
Bu bir milletin qurtuluşunun sesidir.
Bu Türkün sesidir.
Anlamaz, elbette...
Türk düşmanları, bizim iller boyu Fars ve İran istilasıyla boğuşmalarımızı.
Yüz minler düşen iğidlerimizi.
Ve...
milyon milyon Türkün özgeleşmesini....
Görmezden gelenler...
Qurtuluş uvultuları gelende...
Bozqurdlar ulayanda... şaşırıb qalarlar.
Elbebette ki...
Bizim esirler boyu esaretde can vererken ses çıxaramayanlar...
bizim qurtuluş uvultalımızı duyanlar
itler...
şaşırıb durarlar...

Qutlu olsun davamız...
Başarılı olsun Güney Azerbaycan Qurtuluşu...



Sayqılarımla.

Oğuz Türk
2011

No comments: